• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 noyabr 2024-cü il

    Böyük fəxr və qürur hissi ilə BAKU CHAMBER ORCHESTRA COP29 -un açılıs mərasimində iştirak etdi!

    12 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un açılış mərasimində Baku Chamber Orchestra zəngin konsert proqramı ilə çıxış etdi.

    Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, baş dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, direktoru Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundovadır.

    Tədbirdə dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Bakı Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Alim Qasımov, Samir Cəfərov, Dinara Əliyeva, Əlixan Səmədov, Əvəz Abdulla, Rüfət Xəlilzadə, Əməkdar artistlər Sahib Paşazadə, Şəhriyar İmanov, İsfar Sarabski, Ceyla Seyidova və Murad Nəbizadə təntənəli ifaları ilə çıxış etdilər. 

    Dünyanın dörd bir yanından ölkəmizə təşrif buyuran dövlət başçılarının, rəsmilərin, nüzuflu şəxslərin iştirak etdiyi konfransda Azərbaycan musiqisinin könül oxşayan sədası hər kəs tərəfindən böyük heyranlıqla qarşılandı.