7 noyabr 2024-cü il
Balakən Uşaq İncəsnət məktəbinin yeni binasının açılışı 29 iyul 2020-ci il tarixində baş tutmuş və həmin mərasimdə Azərbaycan Respublikasının Pezidenti İlham Əliyev şəxsən iştirak etmişdir. Müasir avadınıqlarla təchiz olunmuş məktəbdə musiqi alətlərinin saxlanması üçün xüsusi otaqlar, xoreoqrafiya zalı, səsyazma studiyası, heykəltəraşlıq və rəssamlıq emalatxanaları fəaliyyət göstərməkdədir. Öz şərəfli peşəsini layiqincə yerinə yetirən məktəbin direktoru Arifə Tağıyeva, həmçinin Aydın Tağıyevin övladı olaraq, konfrans iştirakçılarını və qonaqları böyük ehtiramla qarşıladı. Məktəbin şagirdləri hazırladıqları müxtəlif musiqi nömrələri, vətənpərvərlik ruhunda şeirləri və xor ifaları ilə zalda əyləşənlərin ruhunu oxşadılar. Bu nömrələrdən sonra Bakıdan gələn professor və müəllim heyəti ustad dərslərinə start verdi. Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, xalq artisti, professor Ramiz Quliyev və onun tələbəsi olan ADMİU-nun müəllimi Səxavət Məmmədov məktəbin tar, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə məktəbin fortepiano, Ü.Hacıbəyli adına BMA-nın baş elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pofessor Arif Əsədullayev kamança, BXA-nın müəllimi, əməkdar artist Elçin Allahverdiyev xoreoqrafiya sinfi üzrə şagirdlərə və onlara dərs deyən müəllimlərə ustad dərsi keçdilər. Ustad dərsləri şagirdlərin bir musiqiçi, ifaçı, rəqqas kimi yetişməsində, dünyagörüşünün artmasında, yanaşma tərzinin yenilənməsində böyük fayda verir. Hesab edirəm ki, ustad dərslərini ölkəmizin bir çox bölgələrində keçirmək məqsədəuyğundur.
Konfransın açılışını edən Balakən rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev konfrans iştirakçılarını və qonaqları salamladı. İ.Rzayev həmçinin Aydın Tağıyevin yeni nəsil tərəfindən tanıındığını və bu sahədə xalq artisti Ramiz Quliyevin xüsusi xidmətlərini vurğuladı. Daha sonra, Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə konfransın elmi və praktiki əhəmiyyətini önə çəkdi və bildirdi ki,
virtuoz tarzən Ramiz Quliyevin təşəbbüsü ilə keçirilən bu cür tədbirlər Azərbaycan tar sənətinin gələcəyinə işıq salmaqdadır.
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, “Tərəqqi” medalının mükafatçısı Nuridə İsmayılzadə “Usta sənətkar Aydın Tağıyevin həyat və fəaliyyətinə bir nəzər” mövzusunda məruzə etdi. N.İsmayılzadə elmi-tədqiqat laboratriyasının əməkdaşları tərəfindən hazırladıqları “Türkdili dövlətlərin musiqi alətləri” adlı atlası İslam Rzayevə təqdim etdi. Xalq artisti Ramiz Quliyev tar ustası Aydın Tağıyevin hazırladığı tarla yer kürəsininin səhnəsini bir neçə dəfə fəth etdiyini vurğuadı və Balakən rayon mərkəzi küçələrindən birinə onun adının verilməsini təklif etdi. AMK-nın professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə “Azərbaycanın Qax, Zaqatala, Balakən bögəsində unikal musiqi mədəniyyəti”, Ü.Hacıbəyli adına BMA-nın baş elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev “Muğam ifaçılıq sənətinin sarı simi”, elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, xalq artisti, dosent Zümrüd Məmmədova “Xanəndələrin müşayiətində tarın rolu”, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli “Tar - Azərbaycanın mili sərvətidir”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayev “Milli çalğı alətimiz tarın bəzi akustik xarakteristikaları”, elmi-tədqiqat laboratortiyasının alət ustası Musa Yaqubov “Tar alətinin hazırlanma texnologiyasında ustaların fərqli yanaşması” adlı məruzələriiylə çıxış etdilər.
ADMİU-nun müəllimi Səxavət Məmmədov tarda bəstəkar S.Rüstəmovun “Oxu tar”, konsertmeyster Arifə Tağıyeva, bəstəkar H.Rzayevin “Çahargah rapsodiyası”nı, konsertmeyster Nərmin Paçalova ifa etdilər. Konfrans-konsertdə musiqi nömrələriylə S.Ələsgərovun “Vətənimdir” kamançada məktəbin 4-cü sinif şagirdi Milana Bayramova, konsertmeyster Mədinə Kobarova, məktəbin müəllimi Firudin İbrahimov tarda A. Babayevin “Pıçıldaşan ləpələr” fortepianoda müşayiət 7-ci sinif şagirdi Özləm Məmmədova və E.Qriq, P.Gynt “Anitranın rəqsi” fortepianoda müşayiət 4-cü sinif şagirdi Fatimə Mehdiyeva çıxış etdilər.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Nargilə Qafarova və məsul şəxslər iştirak edirdi.
Sonda məktəbin direktoru Arifə Tağıyeva ailə üzvləri adından tədbir iştirakçılarına, məktəbə töhfə olunan kitablara, dərsliklərə görə gələn qonaqlara öz minnətdarlığını bildirdi və atasının düzəltdiyi tarı xalq artisti Ramiz Quliyevə təqdim etdi.
Balakən rayonunda keçirilən 8 noyabr Zəfər Gününə həsr olunmuş konsert tədbirinə Bakıdan gələn qonaqların qatılması bayram proqramını daha da rəngarəng etdi. Balakən rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, Balakən camaatının iştirakıyla keçirilən konsertdə xalq artisti Zümrüd Məmmədova İ.Qismətin “Dalğalansın bayraq” mahnısını, Abbasqulu Nəcəfzadə zurna-balaban-tütəkdə “Yallı” kompozisiyasını, əməkdar artist Elçin Allahverdiyev və Jalə Tağıyeva Ü.Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”rəqsini, Səxavət Məmmədov Kevser Hanımın “Nihavend longa” əsərini, elmi işçi Nigar Bayramova Tofiq Bayramın “Azərbaycan deyəndə” şeirini ifa etdi.
laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova