• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2024-cü il

    7 noyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  “COP 29 Gələcəyin Eko Səfirləri” – Gənclər arasında iqlim dəyişikliyi və ətraf mühitin qorunması mövzusunda tədbir keçirildi.
    Tədbirdə “Tarix-nəzəriyyə” falültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələr maraqlı məruzə və video materiallar ilə dinləyiciləri tanış etdilər. Tədbirdə “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova, “Musiqi tarixi” kafedrasının dosenti Babayeva Minaxanım iştirak edib, tələbələrin məruzələrini dinlədilər. Tələbələr  iqlim dəyişikliyi və davamlılıqla bağlı maraqlı mövzularla çıxış edərək bu qlobal mövzuya dair öz baxışlarını və təkliflərini paylaşdılar.
    Bu cür tədbirlər tələbələrin ətraf mühit problemlərinə olan marağını artırmaq və onları bu sahədə fəal iştirakçıya çevirmək baxımından mühüm əhəmiyyət kəsb edir.