• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 oktyabr 2024-cü il

    23 oktyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənlər“ kafedrasının müdiri, professor Tərlan Quliyev tərəfindən “Azərbaycan dilinin akademik və işgüzar  funksiyaları barədə” mövzusunda dəyirmi masa keçirildi.   

    Professor T.Quliyev Azərbaycan dilinin qədim tarixə malik olmasından, orta əsr qəzəl dühalarının ana dilimizdə ölməz əsərlər yaratmasından bəhs edib, dilimizin zənginliyini Məhəmməd Füzuli, İzzəddin Həsənoğlu və s. dahi şairlərimizin yaradıcılığına istinad edərək vurğuladı. 

    Sonra söz Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Süleymanovaya, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, elmlər namizədi, dosent Şəhla Xəlilliyə, BMA-nın “Humanitar fənlər” kafedrasının dosenti Mehriban Cavadovaya,  Filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyevaya, “Humanitar fənlər” kafedrasının əməkdaşı İlkin Eminovaya verildi. Onlar da Azərbaycan və Türk dilləri əlyazmalarda, dilimizin bədii üslubu mövzusu ilə çıxış etdilər. 

    Ardınca T.Quliyevin Qobustan rayonunda apardığı tədqiqatlar video-çarx vasitəsilə nümayiş olundu. 

    Sonda Bakı Musiqi Akademiyasının tələbələri Məhəmməd Füzuli yaradıcılığına müraciət edərək, qəzəllər səsləndirdilər. 

    Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir hər kəs tərəfindən böyük maraqla qarşılandı.