18 oktyabr 2024-cü il
18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" adlı tədbir keçirilmişdir.
Ali təhsil müəssisələrinin tədris məsələləri üzrə prorektorlarının dəvət aldığı tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva iştirak etmişdir. Tədbirdə son 4 ilin qəbul nəticələrinin təhlili təqdim olunmuş, növbəti tədris ili üçün tələbə qəbulu ilə bağlı təkliflərin hazırlanmasına dair tövsiyələr verilmiş, "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı müzakirələr aparılmışdır.