• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 fevral 2024-cü il

    Şəfiqə Axundova -100

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevanın  “Şəfiqə Axundova -100” adlı seminarı keçirilmişdir.

    Məruzəçi Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli  sevimli bəstəkarımız Şəfiqə Axundovanın  Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi musiqi incilərindən bəhs edərək, bəstəkarın  fərdi dəsti-xətti, özünəməxsus melodik həzinliyi ilə seçilən yaradıcılığı haqqında ətraflı çıxış etmişdir.

       M.Rzayeva “Gəlin qayası” operası ilə ilk qadın bəstəkar kimi bütün Şərq aləmində tanınan Ş.Axundovanın  çoxşaxəli yaradıcılıq politrasından danışarkən, vokal yaradıcılığını xüsusilə vurğuladı və ümumilikdə, sənətkarın musiqi dilinin özəlliklərini seminar iştirakçılarının nəzərinə çatdıraraq sevimli bəstəkarın xatirəsini yad etdi.

      Seminarda  məruzəçi çıxışı zamanı bəstəkarın yaradıcılığına məxsus müxtəlif əsərlər üzərində dayanaraq, ətraflı məlumat vermiş və “Gəlin qayası”  operasından musiqi nümunələri, “Əllərini üzüb məndən”, “ Gəl ey mehri məhəbbətim “ vokal əsərlərinin  audio yazılarını səsləndirdi.

     Sonda  çıxış edən elmi-tədqiqat laboratoriyasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə seminarın məhz sevimli bəstəkar Şəfiqə Axundovaya həsr olunmasını tədqirə layiq hesab edərək, bəstəkarın yaradıcılığının Azərbaycan musiqi tarixinndə önəmliliyini vurğuladı.

    Seminarda iştirak edən elmi-tədqiqat laboratoriyasının əməkdaşlarından Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif  Əsədullayev, böyük elmi işçi Zeynal İsayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov müxtəlif fikir mübadiləsi apararaq çıxışlar etdilər.

     

    Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, 

    sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Könül Əhmədova-Yusifova