5 fevral 2024-cü il
5 fevral 2024-cü il tarixində Belarusiya Dövlət Musiqi Akademiyasının rektoru, “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Kurakina Elena Viktorovnanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.
BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova ilə görüş zamanı Belarusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün əməkdaşlığın labüdlüyündən və bu istiqamətdə mühüm işlər görüləcəyi barəsində söhbət etdilər.
Ardınca hər iki rektor tərəfindən Əməkdaşlıq Memorandumu imzalandı.
Sonda görüşdən xatirə şəkilləri çəkdirildi.