• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 yanvar 2024-cü il

    26 yanvar 2024-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli konsert salonunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının elmi işçisi, bəstəkar, doktorant İlahə Qismətin “Rəngli Lövhələr” fortepiano məcmuəsinin təqdimatı keçirildi.

    Ön söz, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovaya verildi. Zemfira xanım öz çıxışında İlahə Qismətin uğurlu tədris həyatından söz açaraq hələ tələbəlik illərindən etibarən milli dəyərlərə verdiyi önəmlərdən və dünya musiqi mədəniyyətinə olan hakimiyyətindən söz açmış və bu yolda gördüyü tədqiqatları yüksək səviyyədə qiymətləndirmişdir. Hələ bakalavr dönəmlərindən bir çox müəlliminin rəğbətini qazanan İlahə Qismətin musiqi incəsənəti ilə bağlı mülahizələrinin və konfransdakı çıxışlarının diqqətəlayiq olmasını qeyd edən Zemfira Qafarova eyni zamanda bəstəkarın Azərbaycan Bəstəkarlar İttifaqında gənclər bölməsinin sədri olaraq göstərdiyi aktiv fəaliyyətlərinin önəmini vurğuladı.Gənc yaşda ərsəyə gətirdiyi “Dədə Qorqud” və “Dəmir Yumruq” baletlərindən danışdı.

    Növbəti çıxış, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə verildi. Nuridə İsmayılzadə ilk növbədə laboratoriyanın fəaliyyətindən, hər bir əməkdaşın öz işini layiqincə yerinə yetirməsindən, İlahə Qismətin fəal yaradıcılığından və əldə etdiyi nailiyyətlərindən söz açdı. Nuridə xanım, çıxışının davamında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, AMEA-nın müxbir üzvü, UNESCO-nun "Sülh artisti", "Şöhrət", "Şərəf" ordenləri laureatı, professor Firəngiz Əlizadəyə gənclərin inkişafına göstərdiyi dəstəyindən və Bəstəkarlar İttifaqının üzvlərinə  yaratdığı şəraitə görə öz minnətdarlığını bildirdi.

     Sonra söz Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Nemət Mürsəlova verildi. Nemət Mürsəlov çıxışında İlahə Qismətin yaradıcılıq irsinin zənginliyindən söz açaraq onun bəstəkarlıq fəaliyyətində göstərmiş olduğu töhfələrdən biri olan “Rəngli Lövhələr” fortepiano məcmuəsinin gələcəkdə tədris metodikasına daxil ediləcəyini və bir çox ifaçılar üçün alternativ seçim olaraq dəyərləndirilə biləcəyini qeyd etdi.

    Növbəti çıxış, elmi tədqiqat laboratoriyasının elmi işçisi, Ü.Hacıbəyli adına BMA-nın doktorantı Fidan Nəsirova-Əhmədovaya verildi. Fidan Nəsirova öz çıxışının əvvəlində, Azərbaycan bəstəkarlıq məktəbinin bu günkü nəslini təmsil elən gənc və istedadlı bəstəkar İlahə Qismətin həyat və yaradıcılğından bəhs edərkən daim axtarışda olan, sənətdə böyük qətiyyət və inamla addımlayan İlahə Qismətin əsərlərinin müxtəlif xarici ölkələrdə, Azərbaycanda keçirilən müsabiqə və festivallarda səslənməsini, gənc bəstəkarın bir sıra respublika və beynəlxalq mükafatlara laureat layiq görülməsindən söz açdı.

    Eyni zamanda İlahə Qismətin  uşaq pyeslərini hələ Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldığı illərdə, öz uşaq dünyasında yaşadığı dövrdə yazdığını və bu pyeslərin bəstəkarın yaradıcılığının formalaşmasında mühüm rol oynadığını qeyd etdi. Bəstəkarın 4cü sinifdə bəstələdiyi ilk əsərinin “Müqəddəs vətən” hərbi marşının hazırda da Müdafə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Nəfəsli Alətlər Orkestrinin repertuarında yer alması da qeyd olunan maraqlı faktlardandır.

    Məruzəçi gənc bəstəkar İlahə Qismətin Ü.Hacıbəyli adına BMA – nın “ Bəstəkarlıq”  fakültəsində pedaqoq, istedadlı, əfsanəvi bəstəkar Arif Məlikovun sinifində təhsil alarkən bu pyeslərin müəyyən dərəcədə yenidən işləməsindən bəhs etdi.

    Fidan Nəsirova-Əhmədova çıxışının davamında İlahə Qismətin bəstələdiyi “Rəngli lövhələr” adlı fortepiano üçün əsərlərdən ibarət məcmuəsinin 2023-ildə işıq üzü görməsini, iki bölmədən ibarət olan bu məcmuənin pyeslərinin uşaq musiqi məktəblərinin başlanğıc, orta sinifləri və peşəkar ifaçılar tərədfindən nəzərdə tutmasını qeyd etdi. Məcmuəyə daxil olan  9 pyesin bəstəkarın hələ 2005–2008-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldığı illərdə və bu məcmuənin ikinci bölməsindəki  pyeslərin isə bəstəkarın yaradıcılığının müxtəlif illərinə, əsasən işlənilib peşəkar bəstəkar kimi yazılmış olduğunu vurğuladı.

     Bununla yanaşı İlahə Qismətin 2019-cu ildə baş tutan “The World of Nasimi”(“Nəsimi dünyası”)  kompozisiyasının premeyarasının baş  tutmasını və Nyu-Yorkda, Qazaxıstanda, Estoniyada keçilirilən konsertlərdə istedadlı pianoçu respublika və benyəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin ifasında, dahi şairin 650 illik yubileyinə həsr olunmuş, kompozisiyanın səslənməsinin böyük müvəffəqiyyət olaraq qəbul olunmasını xüsusilə vurğuladı.

    Fidan Nəsirova-Əhmədova çıxışının sonunda bu pyeslər məcmuəsinin uşaqlar üçün yazılmış bir çox bəstəkarlarımızın pyeslər məcmuəsi silsiləsinin davamı olduğunu qeyd etdi.

    Tədbirdə Respublika və Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin ifasında “The World of Nasimi”( “Nəsimi dünyası”), Ü.Hacıbəyli adına BMA-nın doktorantı Lalə Xəlil linin ifasında “Sarkazm”, ”Zərlər”, ”Şəfəq”, Ü.Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının VI sinif şagirdi Hüseyn Quliyevin (müəllim: Nərgiz Mansurova) “Ekspress”, ”Kəpənəklərin rəqsi” , Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 saylı 11 illik musiqi məktəbinin III sinif şagirdi Dərya İsmayıllının “Şirin yuxu” və həmin məktəbin II sinif şagirdi Səbinə Salmanlının (müəllim: Zeynəb Mustafayeva) ifasında “Payız nəğməsi” əsərləri səsləndirildi.

    Tədbirin davamında dəvət olunan Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 saylı 11 illik musiqi məktəbinin müəllimi Zeynəb Mustafayeva təşkilatçılara öz minnətdarlığını bildirdi.

    Son söz, tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, AMEA-nın müxbir üzvü, UNESCO-nun "Sülh artisti", "Şöhrət", "Şərəf" ordenləri laureatı, professor Firəngiz Əlizadəyə verildi.  Firəngiz Əlizadə öz çıxışında İlahə Qismətin əsərlərinin sadəcə Azərbaycanda deyil, Amerika, İsrail, Estoniya, Gürcüstan, Rusiya və  bir neçə müxtəlif ölkələrdə dəyər görməsi ilə bağlı fikirlərini səsləndirərək  gənc bəstəkarın  Azərbaycan Bəstəkarlar İttifaqının gənc üzvləri üçün nümunəvi fəaliyyətinin diqqətəlayiqliyini vurğuladı. Azərbaycan Bəstəkarlar İttifaqı adından gənc bəstəkara gül buketi təqdim etdi.

    Tədbirin sonunda gənc bəstəkar İlahə Qismət tədbirdə əziyyəti olan hərkəsə bir-bir dərin minnətdarlığını bildirdi.

    Tədbiri öz dolğun və axıcı cümlələri ilə dinləyiciləri valeh edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı aparırdı.

     

    Elmi  tədqiqat laboratoriyasının

    aparıcı elmi işçi, sənətşünaslıq üzrə

    fəlsəfə doktoru, dosent

                                                                                    R.A.Süleymanova