• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22-24 dekabr 2023-cü il

    2023-cü il 22-24 dekabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Şabran Yaradıcılıq-İstirahət Kompleksində Elm və Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılması üzrə ekspert qruplarının dəyirmi masası keçirildi. 

    Qeyd olunan tədbirdə Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva,  Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Əməkdar müəllim, professor Nəzakət Rimazi, Əməkdar müəllim, professor Gülzar Mahmudova, Əməkdar Müəllim, professor Kəmalə Ələsgərli, baş müəllim Fatimə Əliyeva iştirak etdilər.