• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 dekabr 2023-cü il

    18 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Fərəc Qarayevin 80 illik yubileyi  ərəfəsində konsert-konfrans keçirildi.

    Qara Qarayev adına konfrans zalında baş tutan dbir Musiqi nəzəriyyəsi kafedrasının təşəbbüsü ilə təşkil olundu. Konsert proqramında bəstəkarın fortepiano əsərləri Xalq artisti, professor Ülviyyə Hacıbəyova və Əməkdar müəllim, professor Nərminə Quliyevanın magistrant tələbəsi Zəhra-Cahan Şıxaliyevanın ifasında səsləndi. Ülviyyə Hacıbəyova kimi sənətçinin ifasıtədbirə xüsusi zövq qatdı. Uzun illər bəstəkarla yaradıcılıq ünsiyyətində olan pianoçunun xatirələri tədbirin qonaqları və iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

      Konsfransda Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim Könül Nəsirova, dosentlər Aliyə Məmmədova və Turan Məmmədəliyeva,  Musiqi tarixi kafedrasının dosenti, Əməkdar müəllim Xatirə Həsənzadə çıxış etdilər.  Könül Nəsirova sənətkarın yaradıcılığını işıqlandırdı və pedaqoji fəaliyyətinə nəzər yetirdi.   Bəstəkar  Aliyə Məmmədova  qürur hissi ilə qeyd etdi ki, qazandığı nailiyyətlərə görə müəllimi Fərəc Qarayevə minnətdardı. Dosent Turan Məmmədəliyeva sənətkarın kinomusiqisi haqqında fikirlərlə bölüşərək,  musiqi parçalarından nümunələr göstərdi. Əməkdar müəllim Xatirə Həsənzadə, Fərəc Qarayevin musiqi dünyasını şairanə-obrazlı şəkildə təsvir etdi.

    Sonda konsert-konfransda bəstəkara  ünvanlanan təbrik videoçarxları nümayiş olundu.