28 noyabr 2023-cü il
28 noyabr 2023-cü il tarixində Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliyinin təşkilatçılığı ilə Venesuela Bolivar Respublikasının Simon Bolivar Milli Konservatoriyasının direktoru cənab Ronnie Morales Matie ilə Bakı Musiqi Akademiyasının rektoru cənab Fərhad Bədəlbəyli arasında görüş keçirilmişdir.
Görüş Venesuela Konservatoriyasının direktorunun musiqi vasitəsilə ikitərəfli əməkdaşlığın təşviqi məqsədilə Azərbaycana səfəri çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş binasında keçirildi.
Səfər zamanı Venesuela rəhbərliyi Azərbaycan bəstəkarlarının 7 musiqi əsərini ifa edən Gənclər Kamera Orkestrinin təqdim etdiyi konsertdən həzz aldılar.
Konsertdən sonra Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı səfiri H.E.Christopher Martinez təqdim olunan konsertə və mədəni mübadilənin inkişafında qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün təşkil olunmuş görüşə görə Musiqi Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirdi.
Görüş zamanı hər iki ölkənin rəsmiləri musiqi tədrisinin tarixi və metodoloji aspektləri, akademik xarakterli elementlər və hər iki ölkənin institutları arasında əməkdaşlıq sxemlərinin inkişaf etdirilməsi və genişləndirilməsi üçün ümumi maraq doğuran potensial sahələr barədə məlumat mübadiləsi apardılar.
Hər iki rəhbərlik əməkdaşlıq, bilik mübadiləsi və qısa və orta müddətli layihələrin həyata keçirilməsi məqsədilə Bakı Musiqi Akademiyası ilə Venesuela Bolivar Respublikasının Gənclər Xor və Orkestrlərinin Milli Sistemi arasında Anlaşma Memorandumunun hazırlanması və imzalanması üzərində birgə işləmək barədə razılığa gəldilər.