• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 dekabr 2023-cü il

    12 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında görkəmli siyasi xadim Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.

    Tədbirdə Ulu öndərin həyat yolunun müxtəlif mərhələlərinə nəzər yetirildi. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində bir xilaskarı vardır! Azərbaycan tarixinin qürur səhifəsidir H. Əliyev! Ümummilli lider müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olmuşdur. Tədbir iştirakçıları maraqlı və dolğun çıxışlarla yanaşı H.Əliyevin sevdiyi bəstəkar əsərlərini, xalq mahnılarını bədii hissə kimi nümayiş etdirdilər. BMA-nın Tarix-nəzəriyyə fakültəsinin tələbələri: Abulzadə Ləman, Qurbanova Esmira, Hüseynli Aynur, Vəliyeva Aytac, Şərifova Aydan, Mustafayeva Neyjən, Məlikova İradə, Məmmədzadə Fatimə maraqlı mövzularla çıxış etdilər. Tədbirin təşkilatçısı Tələbə Elmi Cəmiyyətinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Babayeva Minaxanım Ulu öndərin ən sevdiyi mahnılardan birinin C.Cahangirovun “Alagöz” mahnısının olduğunu qeyd etdi və bədii hissədə Svetlana Əhmədova və Hüseyn Quliyev (tar) həmin mahnını səsləndirdilər. Tədbirdə həmçinin Sevil Əliyevanın “Ana” mahnısı, “Küçələrə su səpmişəm” xalq mahnıları video slayd kimi nümayiş olundu. Tədbir iştirakçıları bir daha böyük ehtiram və hörmət hissi ilə görkəmli siyasi xadimi yad etdilər.