• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 dekabr 2023-cü il

    8 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünyaşöhrətli Rus bəstəkarı Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert-konfrans keçirildi. 

    Bu tədbir Azərbaycan musiqiçilərinin müxtəlif nəsillərini - professorları, məzunları və tələbələri bir araya gətirdi.

     Ön sözlə Azərbaycanın Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedradının müdiri, professor Xuraman Qasımova çıxış edərək, dahi bəstəkarın yaradıcılığından, musiqi mədəniyyətinə bəxş etdiyi zəngin vokal irsindən söz açdı. 

    Sonra BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Əməkdar Müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova konsert-konfransın iştirakçıları və qonaqları qarşısında salamlama nitqi ilə çıxış etdi.

    Dosent Elmira Pənahovanın rəhbərliyi ilə “Tarix-nəzəriyyə” fakültəsinin tələbələri - Nərmin Səfərli, Səma Nadirli, Mətanət Quliyeva, Gülnaz İslamzadə, Səmra Qazıyeva, Nəzrin Məcidzadə görkəmli bəstəkarın müxtəlif cəhətlərini üzə çıxaran təqdimatla çıxış etdilər. 

    Bədii hissədə  “Solo oxuma və opera hazırlığı” kafedrasının tələbələri Emin İsmayılov, Səməd Novruzov, Aydan Səfərli, Gülnarə Salmanova, Kənan Rəhmanzadə, Sara Tağızadənin ifasında S.Raxmaninovun musiqisi dinləyicilərə təqdim olundu. 

    Konsert-Konfrans Sergey Raxmaninovun həyat və yaradıcılığında əlamətdar hadisələri əks etdirən foto və videomaterialların nümayişi ilə müşayiət olunmuşdur. Tədbirdə BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor Nərminə Quliyeva, BMA-nın professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

    Gecənin hərarətli, ruhlandırıcı atmosferi iştirakçıların çıxışını gurultulu alqışlarla müşayiət edən tamaşaçılarda güclü emosional reaksiya doğurdu.