• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 noyabr 2023-cü il

    20 noyabr 2023-cü il tarixində  Yeni Azərbaycan Partiyasının 31 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. 

    Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, MİDA-nın İdarə heyətinin sədri Sadiq Sadiqov, ADNSU-nun rektor vəzifəsini müvəqqəti icra edən Vazeh Əskərov, Əməkdar elm xadimi Vaqif Şadlinski və YAP-ın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzrə sədri, Fəlsəfə elmləri doktoru, BMA-nın “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru Mina Hacıyeva da yaxından iştirak etmişdir. 

    Tədbir hər kəs tərəfindən maraqla qarşılanmışdır.