• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr 2023-cü il

    1 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında 8 noyabr Qələbə günü ilə bağlı konfrans tədbir keçirildi. Tələbə Elmi Cəmiyyətinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayevanın təşkilatçılığı ilə keçirilən  konfransda “Tarix -nəzəriyyə” fakültəsinin 3-cü və 4-cü kurs tələbələri, eləcə də Azərbaycan Milli Konservatoriyasının tələbələri  maraqlı proqramla çıxış etdilər. Zəfər Günü bizim Qarabağımıza qovuşduğumuz tarixi bir gündür.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda ulu öndərimiz Heydər Əliyevin başlatdığı mübarizə layiqli şəkildə Ali Baş Komandanımız İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun parlaq zəfəri ilə sona çatdı. Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Məhz bu mövzularla BMA-nın Tarix-Nəzəriyyə fakültəsində təhsil alan  Aytac Vəliyeva, Aydan Şərifova, Humay Kazımova, Aynur Hüseynli, Aytac Eyvazova, Esmira Qurbanova, Ləman Abulzadə, Mustafayeva Neyjən, Rəhimova Nərmin, Qasımova Aytən, Kazımzadə Gülnur çıxış etdilər. Eyni zamanda AMK-nın tələbələri   Nuray Hacızadə (1-ci kurs xanəndə),
    Əli Rüstəmbəyli (2-ci  kurs kamança), Cavanşir Rüstəmbəyli  (4-cü kurs tar),Lazım Ağayev (2-ci kurs nağara) Qarabağ şikəstəsini ifa etdilər. Tədbirdə AMK-nın TEC-nin sədri Fərdin Məmmədli musiqisi Səyavuş Kərimiyə aid “Ömrümün qisməti” kompozisiyasını Minaxanım Babayeva ilə birlikdə ifa etdilər. BMA-nın tələbələri Qarabağın tarixi, musiqiçiləri, görkəmli şəxsiyyətləri haqqında geniş məlumat verdilər. Musiqişünaslıq, bəstəkarlıq ixtisasında oxuyan tələbələr A.Əlizadənin “Ana torpaq” və M.Maqomayevin “Azərbaycan” əsərlərini xorla ifa etdilər. Bütün çıxışlar maraqlı slaydların müşayiəti ilə təqdim edildi. Xocalı soyqırımı ilə bağlı maraqlı video yayımlandı. Tədbirin sonunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə xanım Quliyeva Qələbə bayramı münasibəti ilə təbrik etdi. Tədbir tamaşaçıların böyük marağına səbəb oldu.