• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 oktyabr 2023-cü il

    31 oktyabr 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Karyera Mərkəzlərinin ll Strateji İnkişaf konfransı” keçirildi. 

    Ön sözlə Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək, konfransı açıq elan etdi. 

    İki hissədən ibarət olan konfransda digər mütəxəssislər tərəfindən Karyera Mərkəzlərinin iş prinsipi, strukturu barədə məlumat verildi. Həmçinin əmək bazarında karyera mərkəzlərinin əhəmiyyətli rolu olduğu vurğulandı, ali təhsil müəssisələrində tələbələrin təhsil proqramları, resurslar haqqında müzakirələr edildi. Eyni zamanda xarici universitetlərdəki kareya mərkəzlərinin iş təcrübəsi ilə müqayisələr aparılıb, yerli əmək bazarına tətbiq edilməsi tövsiyə olundu. 

    Konfransda Agentlik tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının və “Karyera Mərkəzlərinin Standartları” ilə bağlı tövsiyə sənədinin təqdimatı oldu.

    Ali təhsil ocaqlarının rektorları, karyera mərkəzlərinin əməkdaşları üçün nəzərdə tutulan konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Karyera Mərkəzinin rəhbəri Anar Seyidov və mərkəzin mütəxəssisi İlahə Allahverdiyeva da konfransda iştirak etdilər.