• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 Mart 2023-cü il

    31 Mart 2023-cil il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Maestoso” tələbə klubu tərəfindən azərbaycanlıların soyqırımı gününə həsr olunmuş 31 Mart –  azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.

    Öncə soyqırımda qətlə yetirilən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbirdə BMA-nın müəllim və tələbə heyəti məruzlərlə çıxış etmişlər.

     “Maestoso” tələbə klubunun üzvləri 1918-ci ildə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışmış, rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyündən bəhs etdilər. Həmçinin Qubada aşkar olunmuş kütləvi məzarlıqda Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış  Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400- dən çox insan cəsədinin qalıqlarının müəyyən olunmasının soyqırımın bariz nümunəsi olduğunu bildirmiş, soyqırım qurbanlarının xatirəsini yad etmişlər.