• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 aprel 2023-cü il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Ruqiyyə Süleymanovanın “Azərbaycan bəstəkarlarının kino musiqisi” adlı mövzusunda elmi seminarı keçirildi.

    R.Süleymanova çıxışının əvvəlində Azərbaycanda kino sənətinin yaranmasında, inkişafında , tanınmasında və  kinofilmlərdə bədii obrazların daxili aləmlərinin açılmasında, filmlərdə baş verən hadisələrin dərinliyinə nüfuz edilməsində, qəhrəmanların psixoloji vəziyyətlərinin, düşüncə və psixologiyalarının tamaşaçıya çatdırılmasında musiqinin tutduğu mövqe haqqında ətraflı məlumat verdi.

    Məruzəçi eyni zamanda , XIX əsrin sonunda Fransada yaranan dünya kinosunun 1898 – ci ildə Azərbaycana gətirilməsi , Anton Mişonun şəhər mövzularında bir neçə kino süjetləri çəkib avqustun 2 – də onları tamaşaçılara nümayiş etdirilməsi və həmin gün ölkə başçısının sərəncamı ilə kino işçilərinin peçə bayramı -Azərbaycan kinosu günü kimi qeyd olunması haqqında söz açdı.

    Həmçinin Azərçaycanın görkəmli bəstəkarlarının yaradıcılığında önəmli yer tutan kinofilmlərə yazılmış musiqi əsərlərinin adlarını sadaladı. Fərqli – fərqli məzmun və üslubda çəkilmiş filmlərə möhtəşəm kompozisiyalar bəstələmiş Üzeyir Hacıbəyli , Müslüm Maqomayev , Qara Qarayev, Fikrət Əmirov, Niyazi ,Arif Məlikov , Xəyyam Mirzəzadə , Cahangir Cahangirov , Vasif Adıgözəlov , Rauf Hacıyev , Emin Sabitoğlu və başqalarının yaradıcılıqlarında önəmli yer tutan və yaratdıqları nadir sənət nümunələrinin melodiyasının özünəməxsus , orijinal üslublarından bəhs etdi. Filmlərə yazılmış müxtəlif  mövzulu mahnıların sonradan müstəqil mahnı hüququ qazanaraq fərdi ifa edilməsi haqqında məruzə etdi.

    R.Süleymanova çıxışının davamında Azərbaycan kinosunun gözəl mahnı ənənələrinin, görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığında böyük inkişaf dövrü keçdiyini xüsusi olaraq vurğuladı.  Bəstəkarın filmlərə yazılmış musiqi əsərlərinin adlarını sadaladı.”Sən niyə susursan “ , “Şir evdən getdi “ ,”Qaynana “ , “Görüş “ , “Qızmar günəş altında” , “O qızı tapın” , “Ögey ana” , “Bəxtiyar” , “Telefonçu qız” , “Onu bağışlamaq olarmı ? ” və s.

    Məruzəçi xüsusi olaraq Qara Qarayevin “Bir məhəlləli iki oğlan” (1957) , Fikrət Əmirovun “Səhər” (1960) ,Tofiq Quliyevin “Görüş”(1955) ,”Bəxtiyar”(1955), “Ögey ana” 1958) , “Telefonçu qız “(1962) , “Onu bağışlamaq olarmı?”(1959) , Rauf Hacıyevin “Romeo mənim qonşumdur”(1963) kinofilmlərinə yazılmış musiqi  haqqında məlumat verdi.

    Seminarda eyni zamanda adları çəkilən filmlərin bir qismi ilə bağlı qısa fraqmentlər nümayiş etdirildi.

    Seminarın sonun Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə; elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə  İsmayılzadə; Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev; böyük elmi işçi Zeynal İsayev və elmi tədqiqat laboratoriyasının digər əməkdaşları çıxış edib, seminar haqqında dəyərli fikirləri ilə bölüşdülər.

    Elmi işçi, Bəsti Kazımova