28 mart 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə keçirilmiş “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” beynəlxalq fənlərarası elmi-praktiki konfransın materiallarından ibarət kitab işıq üzü görüb.
Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyinin 11.01.2022-ci il tarixli, 03.01-14/15 məktubuna əsasən keçirilmişdir.
Konfransın təşkilat komitəsində sədr BMA-nın rektoru, professor F. Bədəlbəyli başda olmaqla, BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor G.Abdullazadə, BMA-nın tədris işləri üzrə prorektoru, professor N. Quliyeva, BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Y. Axundova, Koordinator BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N. İsmayılzadə və digər tədqiqatçı alimlərlər yer almışdır.
Üç dildə (azərbaycan, rus, ingilis) nəşr edilmiş kitabda Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının nümayiəndələrinin konfrans materialları ilə yanaşı Türkiyə, Rusiya, Çin, İran alimlərinin tədqiqat işləri yer almaqdadır. Ümumilikdə kitabda 37 konfras materialı yer almaqdadır.
28.03.2023 tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin rəhbərliyində laboratoriyanın əməkdaşlarının iştirakı ilə kitabın təqdimatı keçirilmişdir.
Abdullayeva İlahə Qismət q.
Elmi- tədqiqat laboratoriyasının elmi işçisi, bəstəkar