• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 mart 2023-cü il

    Bakı Xoreoqrafiya Akademiyasında 16 mart 2023-cü il tarixində Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, dissertant Nigar Bayramovanın “Qılman Salahov yaradıcılığında Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı” mövzusunda elmi-nəzəri seminarı keçirildi.

    Seminarda dahi Ü. Hacıbəyli məktəbini keçmiş görkəmli bəstəkar, dirijor, kamança ifaçısı, pedaqoq, Azərbaycan Dövlət Mahnı və Rəqs amsamblının bədii rəhbəri, əməkdar İncəsənət xadimi Qılman Salahovun yaradıcılığından, onun Azərbaycan Musiqi tariximizin inkişafında gördüyü işlərdən söhbət açıldı. Nigar Bayramova qeyd etdi ki, Qılman Salahovun ansambla rəhbərlik etdiyi dövrdə ansambl Ümumittifaq festivalların iştirakçısı, qalib olmuşi, ansamblın üzvləri Əminə Dilbazi, Əlibaba Abdullayev, Roza Cəlilova, Boyükağa Məmmədov və s. yüksək fəxri adlara layiq görülmüş , ansambl dövlət statusu, əməkdar kollektiv adını almışdır. Azərbaycanın Əməkdar kollektivi Azərbaycan Dövlət Mahnı və Rəqs ansamlının repertuarının zənginləşməsi üçün Qılman Salahovun yazdığı “Qaval”, “Naz eləmə”, “ Nəlbəki” rəqsləri seminar zamanı Bakı Xoreoqrafiya tələbəıri tərəfindən çox böyük məharətlə ifa olundu.  Rəqs edən tələbələr arasında Qılman Salahovun nəticəsi Aliyə Salahova  “Qaval” rəqsini səhnəmizin şahzadəsi sayılan Azərbaycan və SSRİ-nin xalq artisti Əminə Dilbazidən sonra ilk dəfə olaraq ifa etdi. Həmin rəqslərə yeni quruluşu BXA-nın “Milli və müasir rəqs” kafedrasının müdiri xalq artisti Cəmilə Bayramova,  BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru sənətçünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev vermişdir. Tədbirdə iştirak edən Ü. Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Ü. Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri sənətçünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini m.i. edən elmi katib, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə  Məmmədova, Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi xalq artisti, professor Ramiz Quliyev, BXA-nın “Sənətçünaslıq” kafedrasının müəllimi, professor Rafiq Sadıqov  seminar haqqında öz dəyərli fikir  və təkliflərini bildirdilər. Sonda BXA-nın rektor vəzifəsini icra edən tədris işləri üzrə prorektor, əməkdar incəsənət xadimi Nailə Məmmədzadə tərəfindən qonaqlara gül dəstələri və hədiyyələr verildi.