10 mart 2023-cü il
10 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında görkəmli Azərbaycan rejissoru Ulduz Rəfilli-Əliyevanın 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbir Ulduz xanımla işləmək şansı olan və ya onun yaradıcılığı yaxşı bilən hər kəsi bir araya topladı.
Dəyirmi masanın açılışında BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva bütün tədbir iştirakçılarını salamladı və Ulduz Rəfilli-Əliyevanın milli teatrın inkişafında mühüm rolunu vurğuladı. Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva, BMA-nın dosenti Svetlana Mirzəyeva, aktrisa Sona Babayeva, Azərbaycanın Əməkdar artisti aktyor, rejissor Nicat Kazım, eləcə də Ulduz xanımın yaxınları və dostları rejissorun şəxsiyyəti ilə bağlı xatirələrini danışıb, yaradıcılıq fəaliyyətini dəyərləndiriblər. Bütün iştirakçılar rejissorun yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək, bu istedadlı insanla ünsiyyətlərini böyük sevgi ilə xatırladılar. İştirakçıların məruzə və çıxışları BMA-nın tələbələrinin ifasında konsert proqramı ilə müşayiət olunub. Tamaşaçılar Klod Debüssinin, Jan-Janın, Emil Əfrasiyabın instrumental kompozisiyalarını, habelə Ulduz Rəfilli-Əliyevanın BMA-nın Opera-studiyasında səhnəyə qoyulmuş Pyotr Çaykovskinin “İolanta” və Fikrət Əmirovun “Sevil” operalarından parçalar dinləyiblər. Tədbirin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olmuşdur.