16 fevral 2023-cü il
16 fevral 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi bəstəkar Alekdandr Skryabinin yaradıcılığını əks etdirən "Fəlsəfə ilə musiqinin qovuşması" adlı tədbir keçirildi.
Öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova hər kəsi salamlayaraq, qonaqları tədbir iştirakçılarına təqdim etdi.
Sonra fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Müşfiq Ötgün (Şükürov) modernizmin və simvolizmin parlaq nümayəndəsi olan Aleksabdr Skryabinin yaradıcılığı, əsərləri, fəlsəfi baxışı haqqında dinləyicilərə ətraflı məlumat verdi. xatırlandı və olundu.
Ardınca Fortepianoda Norveçdə yaşayan həmyerlimiz, BMA-nın bakalavr səviyyəsinin məzunu, Norveç-Oslo Norges Musikkhøgskole (bakalavr, vokal), Stavangerdə Stavanger Musikkonservatorium magistr səviyyəsinin məzunu, beynəlxalq müsabiqələr laureatı Əhməd Mirzəyevin görkəmli bəstəkarın ən məşhur əsərlərindən olan 12 etüd(op. 8) məharətlə ifası heç kəsi biganə qoymadı.
Dinləyicilərin böyük marağına səbəb olan tədbir hərarətlə qarşılandı.