31 yanvar 2023-cü il
31 yanvar 2022-ci il tarixində 2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının “ReBrend” Forumu keçirildi.
Tədbir ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərimizin əziz xatirəsi yad edildi. Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayevin iştiraki ilə tədbirin rəsmi hissəsi baş tutdu.
Forumun rəsmi hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi musiqi Akademiyasının TGT sədri Nihat Ağayev “İlin TGT sədri”, TGT-nin layihələr üzrə müavini Fidan Əliyarzadə isə ilin TGT nümayəndəsi adına layiq görülmüşdür.