• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2022-ci il

    22 yanvar 2022-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının   Qara Qarayev zalında “Hərbi musiqi: tarix və müasirlik” mövzusunda Respublika elmi-praktiki konfransı keçirildi.

    Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1919-cu ildə bəstələdiyi Azərbaycann musiqisində bu janrin ilk professional nümunəsi olan “Marş”-ın möhtəşəm sədalarından sonra, Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransı açıq elan edərək,  mövzunun aktuallığından , milli dəyərlərimizə sahib çıxmanın vacibliyindən, müasir dövrdə vətənpərvərlik mövzusunda yazılan musiqinin əhəmiyyətindən danışdı.

    Konfransda giriş sözü ilə Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış etdi. O, Qərbi Avropa hərbi musiqisinin və hərbi orkestrinin əsasının qoyumasında Osmanlı dövlətində XIV-cü əsrdən mövcud olan və Bektaşi fəlsəfəsinə əsaslanan, Mehtər hərbi orkestrinin təsirinin güclü olduğunu bildirdi. Avropa ölkələrinin musiqisinin, Osmanlıdan dəvət edilən mehtər tərkibləri və onların musiqi ənənələrindən “qidalanması” faktlarını qeyd etdi.

    Konfransda məruzə olunan mövzular arasında bəstəkar yaradıcılığında istifadə olunan marş janrının təsnifatı, Qərbi Avropa musiqisində marşın  janr kimi formalaşdığı zamandan istifadə edildiyi əsərlər haqqında maraqlı fikirlər səsləndirildi. Bu əsnada, Azərbaycanda mübarizə tematikasının tariximizdə ictimai-sosial hadisələrlə əlaqədar olaraq ön planda təzahür edildiyini və tarixi gerçəkliklərə münasibət kimi dəyərləndirilə biləcəyinin, bunun da vətənpərvərlik mövzusunda öndə gələn janrlardan biri olan marşda təzahür olunduğu qənaətinə gəlindi. Ölkəmizdə əsasının qoyulduğu zamandan bəstəkar yaradıcılığında hərbi marşların şərti olaraq bölgüsü edildi. Marşların müasir zamanda xalqın milli şüürunun dirçəlişində oynadıqları əhəmiyyətli roldan danışıldı. Azərbaycanda hərbi orkestr alətlərinin akustik göstəriciləri misallarla araşdırıldı.

    Çıxış edənlər sırasında Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının  aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayeva, Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Rauf Bəhmənli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Səadət Təhmiraqızı, böyük elmi işçi, xalq artisti, dosent Zümrüd Məmmədova, böyük elmi işçi Zeynal İsayev, “Humanitar fənlər” kafedrasının müəllimi, filoloqiya üzrə fəlsəfə doktoru Yaqut Quliyeva, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məhəmməd Vəliyev və BMA-nın doktorantı, elmi işçi, bəstəkar İlahə Abdullayeva  bir birindən maraqlı mövzularla çıxış etdilər. Konfrans  elmi işçi  Nigar Bayramova tərəfindən Tofiq Bayramın “Azərbaycan deyəndə” şeirinin Ü.Hacıbəylinin”Cəngi” əsərinin fonunda səsləndirməsi ilə yekunlaşdı.  

    Elmi-təqdiqat laboratoriyasının elmi işçisi,

    doktorant  Əfəndiyev Ayxan