• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr 2022-ci il

    15 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ELNARƏ DADAŞOVANIN 70 illik YUBiLEYINƏ Həsr olunmuş KONSERT-KONFRANS  keçirildi.

    Konfransda  Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor, Əməkdar müəllim, pedaqoji elmlər namizədi Nərminə Quliyeva  Xalq artisti, professor, BMA-nın rektoru Fərhad Bədəlbəylinin salamlarını və təbrikini çatdırdı, eyni zamanda Elnarə xanımı yubiley münasibətilə təbrik edib, ən xoş arzularını bildirdi.

    Sonra BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Sənətşünaslıq namizədi,  professoru, Könül Nəsirova, Əməkdar İncsənət Xadimi, Fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə, BMA-nın “Musiqi tarixi” kafedrasının baş müəllimi Minaxanım Babayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi və onun tədrisi texnologiyası kafedrasının professoru, Pedaqoji elmləri doktoru, professor Minarə Dadaşova, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Beynəlxalq Millətlər Təşkilatı yanında sülh səfiri, Əməkdar artist Ədilə Əliyeva da Elnarə xanımın Azərbaycan musiqi mədəniyyətinə tövfəsi olan unudulmaz əsərlərindən, çoxşaxəli yaradıcılığından, zəngin yaradıcılıq irsindən bəhs edərək, Elnarə xanıma can sağlığı, yeni yaradıcılıq uğurları arzu etdilər.  

    E.Dadaşova da öz növbəsində konfransa təşrif buyuran qonaqlara təşəkkür edib, edilən xoş arzulara, sənətinə verilən dəyərə görə hər kəsə dərin minnətdarlığını bildirdi.

    Tədbirdə çıxışlar arası Elnarə Dadaşovanın əsərlərindən ibarət musiqi nömrələri  dinləyicilərə təqdim olundu.

    Konfransın bədii hissəsində Elnarə xanımın müşayiətilə Xalq artisti Gülnaz İsmayılova (“Sana düşüb meylim”), Əməkdar artist Ədilə Əliyeva (“Laçın” fortepiano üçün pyes), Beynəlxalq Müsabiqələr laureatı Fəxri Kazım Nicat (“Bahar şərqisi”, “Döyüş cəngisi”), ADMİU-nın Musiqi müəllimi ixtisasının lV kurs tələbəsi Sevinc Tağıyeva (“Etüd”),  Azərbaycan Milli Konservatoriyasının lll kurs tələbəsi Rəvan Musalı “Alqış qeyrətinizə”(saz və fortepiano üçün cəngi) parlaq ifaları ilə çıxış etdilər.

    Daha sonra konfrans iştirakçılarına Elnarə Dadaşovanın həyat və yaradıcılığının, müxtəlif televiziya verilişlərində yayımlanan çıxışlarının, müsahibələrinin əks olunduğu, maarifçiliyindən bəhs olunan video-çarx  nümayiş olundu.

    Sonda konfrans iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.