28 noyabr 2022-ci il
28 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin iştirakı ilə BMA-nın gələcək 5 il ərzində missiyası, strategiyası, strateji istiqamətləri və hədəfləri barəsində iclası baş tutmuşdur.
İclasda BMA-nın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Tədris hissə şöbəsinin müdiri Tamilla Süleymanova, Tarix-nəzəriyyə fakültəsinin dekanı Gülzar Mahmudova, İfaçılıq fakültəsinin dekanı Nəzmiyyə Abbaszadə, Fortepiano fakültəsinin dekanı Nəzakət Rimazi və digər üzvlər iştirak etmişlər.