• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr 2022-ci il

    2022-ci il noyabr ayının əvvəllərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənlər” kafedrasında  böyük istiqlal şairimiz Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

    Dəyirmi masada kafedranın professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Kafedranın müdiri professor Tərlan Quliyev Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.

    Kafedranın müəllimlərindən dosent Mehriban Cavadova və Filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyeva şairin yaradıcılığının əsas xüsusiyyətlərinə toxunmuşlar. Tədbirdə şairin yaradıcılığının mahiyyəti açılaraq, onun istiqlalçı, vətənpərvər şair olduğu konkret nümunələr əsasında tələbələrə izah edilmişdir.

    Dəyirmi masanın sonunda tələbələr Əhməd Cavadın şeirlərindən nümunələr oxumuşlar.