• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 noyabr  2022-ci il

    4 noyabr 2022-ci il tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konfrans zalında "Tarix-nəzəriyyə" fakültəsinin  lll kurs tələbələri  (musiqişunasları və bəstəkarı) “Zəfər günü" həsr olunmuş konfransda maraqlı mövzularla çıxış etdilər.

    "Musiqi tarixi" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva konfransda Qarabağın səfalı təbiəti, düşmənlərin hücumu və 44 günlük  Vətən müharibəsində Qarabağın azad olunması mövzularında maraqlı məsələlərə toxundu.

    Konfranda çıxış edənlər sırasında  tələbələr Şəfəq Məlikova, Məryəm Əliyeva, Mahnur Mahmudova, Həmidə Yaşar, Özləm Əliyeva, Mehriban Mehdiyeva, Nərmin Rəhimova, Neyjən  Mustafayeva,  Gülnur Kazımzadə,  Vəfa Əhmədbəyova, Aydan Əhmədova, Mələk Cəfərova, Leyla Ağayeva, Fatimə Məmmədzadə yer almışdırlar.

    Tədbirin bədii hissəsində  Asəf Zeynallının "Ölkəm" romansı  (Aytən Qasımova, İradə Məlikova ), "Şəbi- Hicran xoru", "Bayatı- Şiraz" muğamı, "Prelüd", Şeir, son olaraq isə Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səsləndirildi.

    Tədbir dinləyicilərin böyük marağına səbəb oldu.