21 oktyabr 2022-ci il
21 oktyabr 2022-ci il tarixində Xəzər Universitetində "Karyera Mərkəzlərinin strateji inkişafı konfransı" keçirildi.
Karyera planlaması və karyera mərkəzlərinin inkişafı istiqamətində aparılan islahatları təbliğ etmək, məzunların əmək bazarına inteqrasiyası istiqamətində yerli və beynəlxalq təcrübələrlə tanış olmaq və onların tətbiqi mexanizmlərini formalaşdırmaq, universitetlərin karyera mərkəzləri arasında əlaqələrin inkişafına və genişlənməsinə dəstək olmaq, ali təhsil müəssisələrinin nüfuzunun yüksəlməsində karyera mərkəzlərinin rolunu nəzərdən keçirmək konfransın əsas məqsədidir.
Konfransda Karyera mərkəzlərinin fəaliyyətinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlığın qurulması, gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanmasının əhəmiyyətindən danışıldı.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, BMA-nın "Təcrübə və məzunlarla iş" şöbəsinin müdiri Anar Seyidov və şöbənin mütəxəssisi İlahə Allahverdiyeva da konfransda iştirak etdilər.