18-20 oktyabr 2022-ci il
18-20 Oktyabr 2022-ci il tarixində N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının Tələbə Elmi birliyinin təşkilatçılığı ilə «МУЗЫКАЛЬНЫЙ ФОЛЬКЛОР В ИССЛЕДОВАНИЯХ МОЛОДЫХ УЧЕНЫХ» mövzusunda Benəlxalq tələbə Elmi-praktiki Konfransı keçirildi.
Belə bir təşəbbüskar və səmərəli təcrübə mübadiləsi yaradıcı gənclərdə daim stimul formalaşdırır. Milli irsin qorunmasında böyük əhəmiyyət kəsb edən konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin tələbələri də iştirak etdi. Həmin tələbələr təqdirəlayiq məruzələrlə çıxış etmiş, onlara verilən sualları rəvan şəkildə cavablandırdılar.
Секция 6 НАЦИОНАЛЬНАЯ СПЕЦИФИКА МУЗЫКАЛЬНОГО ЯЗЫКА В ТВОРЧЕСТВЕ ОТЕЧЕСТВЕННЫХ И ЗАРУБЕЖНЫХ КОМПОЗИТОРОВ
- Musiqişünaslıq ixtisasının III kurs tələbəsi Gülnür Kazımzadə “Азербайджанская народная песня «Галанын дибинде» в творчестве русских композиторов” - elmi rəhbər: Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İ. Pazıçeva
- Musiqişünaslıq ixtisasının IV kurs tələbəsi Ulduz Əliyeva “Восток сквозь призму минимализмa” - elmi rəhbər: Musiqi tarixi kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Z. Dadaşzadə
- Musiqişünaslıq ixtisasının IV kurs tələbəsi Fidan Əliyarzadə “Ашыгсайагы в творчестве азербайджанских композиторов” - elmi rəhbər: Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İ. Pazıçeva
- Xor-dirijorluq ixtisasının II kurs tələbəsi Baxşəliyeva Narınc “Золтан Кодай «Венгерский Псалом»” elmi rəhbər: Dirijorluq kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru L. Məmmədova
Секция 5 ТРАДИЦИОННАЯ МУЗЫКА В ПОЛИЭТНИЧЕСКОМ КОНТЕКСТЕ
- Bəstəkarlıq ixtisasının III kurs tələbəsi Məmmədzadə Fatimə- “Композиторы – собиратели и исследователи музыкального фольклора” – elmi rəhbər: Bəstəkarlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru A. Məmmədova.