• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 iyun 2022-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Maestoso” tələbə klubu tərəfindən Microsoft TEAMS platformasında 29 İyun 2022-cil il tarixində  “Mən öz gələcərimi seçirəm” mövzusunda maariflənmə tədbiri keçirilmişdir.

    Narkotika biz Tədbiri “Maestoso” tələbə klubunun üzvi Musiqi nəzəriyyəsi ixtisasının I kurs (magistr) tələbəsi Hüseynli Gültən açıq elan edərək “Ani həzzin qurbanları” adlı məruzəsi ilə narkotik vasitələrin sui-istifadsindən və insan həyatına aşıladığı zərərdən danışmış, rəsmi mənbələrə əsasən, minlərlə gəncin bu vasitə ilə məhv olduğundan bariz nümunələr gətirmişdir.

    Daha sonra, “Maestoso” tələbə klubunun üzvi Musiqi tarixi ixtisasının I kurs(magistr) tələbəsi Tağıyeva Səbinə Vüsal  qızı səsləndirdiyi “Ağ ölümün mələk qurbanları” adlı məruzəsində hətta, “Ağ Ölüm”  adının qoxuncluğu belə  narkomaniya qurbanlarının həyatının məhv olmasına mane ola bilmədiyindən danışdı və bu yoldan qaçınmağın tək çıxış istiqamətinin   düzgün vərdişlər seçməkdə gördüyünü söylədi.

    Tədbiri Musiqi nəzəriyyəsi ixtisasının I kurs (magistr) tələbəsi Cəbrayılova Saniyə Mənsur qızının “Narkomaniyaya qarşı mübarizə” adlı məruzəsi ilə sona çatdı. 

    Tədbirin keçrilməsində əsas məram gənclərdə narkomaniyaya qarşı maariflənmə yaradaraq, onlara ani hisslərlə dırnaq arası əyləncəyə qapılmamağın və səhv yerlərdə yenilik axtarışında olmaqdan yayınmağın, hər bir mərd insanın özü qarşısında bunu bacarmağın vacib şərt olduğunu aşılamaqdır.