21 iyun 2022-ci il
21 iyun 2022-ci il tarixində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vasilie Soarenin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.
BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə görüş zamanı Azərbaycan və Rumıniya əlaqələrinin 30 illiyinə həsr olunmuş proqramlardan və tədbirlərdən danışıldı. Həmçinin səfir 22 iyun 19:00 da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək Rumıniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinə həsr olunmuş Romania- Azerbaijan Gala Concert adlı konsertə rektor F.Bədəlbəyli dəvət etdi. Görüş zamanı Rumıniya və Azərbaycan mədəni əlaqələrinin inkişafı üçün əməkdaşlığın labüdlüyünə və bu istiqamətdə öz töhfələrini verəcəklərinə söz verdilər. Görüşdən xatirə şəkilləri çəkildi.