• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel 2022-ci il

    “Tar sənətinin zirvəsində” mövzusunda elmi-praktiki konfrans

    Üzeyir Hacıbəyli adına BMA-nın Böyük zalında 26 aprel 2022-ci il tarixində Azərbaycanın görkəmli ustad sənətkarı, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, xalq artisti Ramiz Quliyevin 55 illik yaradıçılıq fəaliyyəti və 75-illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransı keçirildi. Konfransı giriş sözü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli açdı. Qeyd etdi ki, o, Ramiz müəllimlə birlikdə bir neçə xarici  ölkələrdə  qastrol  konsertlərində olub. Bu konsertlər arasında ən yadda qalanı Ağdamın Şelli kəndi istiqamətində əsgər kazarmasının önündə güllə yağışı altında Ramiz Quliyevin çıxışı idi. Hətta düşmən tarzənin gəlişini bilib bir qədər də şiddətli atəş açmasına baxmayaraq Ramizin döyüşkən tarı “Mahuru”, “Segahı”, “Çahargahı” çalmaqla düşmənin atəşini susdurmuşdur.

    Daha sonra Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə öz çıxışında hörmətli professor Ramiz Quliyevin elmi fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən söbət açdı.

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Ramiz Quliyevin həyat və yaradıçılığından, Qarabağın gözəl güşəsi olan Ağdamda cənab Prezidentimiz, Ali baş komandan İlham Əliyevin Ramiz Quliyevə “Ağdamı yenidən əvəllkindən də gözəl pərpa edəcəyik” söz verməsindən söhbət açdı.

    Elmi-praktiki konfransda çıxış edənlər sırasında, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, A.Zeynallı adına Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin  Ev Muzeyinin direktoru  Sərdar Fərəcov öz ürək sözlərini Ramiz Quliyevə söylədilər.

    Konfransda iştirak edənlər arasında Ü.Hacıbəyli adına BMA-nın tədris işəri üzrə prorektoru, professor Nərminə Quliyeva, xarici işlər üzrə prorektoru, xalq artisti, professor Yeganə Axundova və Akademiyanın professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.

    Sonda xalq artisti, professor Ramiz Quliyev çıxış edərək  iştirak edən qonaqlara öz minnətdarlığını bildirdi.

    Tədbir zamanı Ramiz Quliyevin Bakı Musiqi Akademiyasında 55-illik yubileyinə həsr olunmuş konsertindən hazırlanmış videofilm nümayiş olunmuşdur.

     

      Ü.Hacıbəyli adına BMA-nın

    elmi-tədqiqat laboratoriyasının

    elmi işçisi, doktorantı:  Nigar Bayramova