• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 aprel 2022-ci il

    Zülfüqar Hacıbəyov və Niyazinin yaradıcılığında “Almaz”  filmi

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Maestro Niyazinin 110 illiyi ilə əlaqədar olaraq 2022-ci il 14 aprel tarixində elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant  Fidan Nəsirovanın “Zülfüqar Hacıbəyov və Niyazinin yaradıcılığında “Almaz” filmi”  mövzusunda  elmi seminarı Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zalında keçirildi. 

     Elmi seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Niyazinin 110 illiyi ilə əlaqədar olaraq bu il elmi seminarların davamlı olduğunu qeyd etdi. Həmçinin Dövlət Muzeyinin və Niyazinin mənzil-muzeyinin rəhbərliyi tərəfindən əldə olunmuş Niyazinin “Pyeslər” məcmuəsi nəşr olunmuş və ifaçılar üçün yeni ifa imkanları açmışdır. Bu haqda bəstəkarın mənzil-muzeyinin müdiri  Rza Bayramov da öz ürək sözlərini söylədi.

    Növbəti çıxış edən Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə  elmi laboratoriyanın fəaliyyəti haqda qısa da olsa ətraflı məlumat verdi.  Laboratoriyanın hər bir əməkdaşlarının əməyini xüsusi vurğulayan Nuridə xanım belə elmi seminarların mütəmadi olaraq keçirilməsini söylədi. Elmi işçi Fidan Nəsirova haqqında qəsa məlumat verib sözü məruzəçiyə verdi.

    Elmi işçi Fidan Nəsirova öz məruzəsində bəstəkar Z.Hacıbəyovun qısa olaraq yaradıcılığına toxunaraq, əsas mövzu olan oğlu maestro Niyazi ilə birgə əməkdaşlığı nəticəsində yaranan “Almaz” filminə yazılmış  musiqinin yaranma tarixi, film haqqında bəzi aparılmış müşahidələri, mülahizələrini, təhlilləri təqdim etdi. Belə ki, seminarda “Almaz” filminə yazılmış və Niyazinin “Pyeslər” adı altında nəşr olunmuş məcmuədə pyeslərin sırasında 3 Fraqmentlərin audio səslənməsi də verildi.

    Məruzəçinin çıxışının sonunda 1936-cı ildə çəkilmiş “Almaz” filmi nümayiş etdirildi. Film bütün iştirakçılar tərəfindən böyük maraqla izlənildi.

    Filmdən sonra elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., professor Gülnaz Abdullazadə elmi seminara son söz kimi çıxışında məruzəçini ətraflı və maraqlı çıxışı ilə təbrik edərək, film haqqında öz ürək sözlərini söylədi.

    Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları, professor, müəllim, tələbə heyəti və qonaqlar iştirak edirdilər.

                                                                                                              Elmi işçi Həsənova Günay