• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 aprel 2022-ci il

     Pakistan Respublikasının  Milli Günü 17 mart 2022-ci il tarixində Marriott Boulevard otelinde qeyd edilmişdir. 

    Bu münasibətlə bədii rəhbəri Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə, dirijoru BMA-nın müəllimi Taleh Qəmbərovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" orkestrinin parlaq ifası dinləyicələrə təqdim edilmişdi.

    İstedadlı musiqiçilərimizin ifasında "Mera Pagam Pakistan"- Pakistan milli musiqisini yüksək qiymətləndirən Pakistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye 14 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında BMA-nın "Nəfəs və zərb alətləri" orkestrinin bədii rəhbəri Rüfət Axundzadəni, dirijor Taleh Qəmbərovu və orkestrin ifaçılarını təbrik edərək, sertifikatlarla mükafatlandırdı. Eyni zamanda

    Səfirlik tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq Artisti, professor Yeganə Axundovaya da əməkdaşlıq və təşkilati işlərlə əlaqədar təşəkkür edildi və hədiyyələr tədqim olundu.