• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 aprel 2022-ci il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nazlı Mustafayevanın  “Süleyman Ələsgərovun yaradıcılığında mahnı janrı” adlı mövzusunda elmi seminarı keçirildi.

    Nazlı Mustafayeva öz çıxışında Azərbaycan Respublikasının xalq artisti , görkəmli bəstəkər S.Ələsgərovun özünəməxsus, çoxşaxəli,  zəngin yaradıcılığında mahnı janrının xüsusi yer tutması haqqında söz açdı.

    N.Mustafayeva eyni zamanda həyatının sonuna kimi mahnı janrının  bəstəkarın yaradıcılığında sevimli musiqi növü olaraq əsas yer tutmasını qeyd etdi və bəstəkarın  vətənin gözəl təbiətinin tərənnümü, ana torpağa sevgi, vətənpərvərlik hislərinin açılmasına dair saf ülvi məhəbbət, əməksevərliyə həsr olunmuş mahnıları haqqında ətraflı məlumat verdi.  200 -dən artıq mahnının müəllifi olan S.Ələsgərovun mahnılarının məzmun sadəliyinə,onların formasının demokratikliyinə və o cümlədən mahnıların növləri haqqında müxtəlif məqamlara toxundu.

    Nazlı Mustafayeva öz çıxışında qeyd etdi ki, ürəyi vətən arzusu ilə çırpınan bəstəkarın hərbi vətənpərvərlik mövzusunda yazdığı “Yürüş mahnısı”, “Gənclik marşı”, “Əsgər marşı”, “Bu torpağa bağılıyıq”, “Hardasan igid oğlan”, “Biz qələbə çalmalıyıq ”, “Bu vətəndir” kimi mahnıları indiyə qədər öz aktuallığını itirməyib.

    Seminarda bəstəkarın Bülbülün ifasında “Vətənimdir”, Şövkət Ələkbərovanın ifasında  “Neylərəm”, Azər Zeynalovun ifasında “Sərvi xuramanım mənim” romansları səsləndirildi.

    Seminarın sonunda, elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə  İsmayılzadə, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Mehparə Rzayeva və   aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi Zeynal isayev mövzu ətrafında öz dəyərli  fikirlərini  bildirdilər.

    Ruqiyyə Süleymanova

     aparıcı elmi işçi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent