4 aprel 2022-ci il
04.04.2022-ci il tarixində saat 15:00-da YAP Nəsimi rayon təşkilatının qərargahında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilmiş, İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalardan Azad Qarabağ” adlı layihəsi çərçivəsində silsilə tədbirlərindən növbəti tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yeni Azərbaycan Partiyası YAP Nəsimi rayon təşkilatının sədr müavini, İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təsisçisi Abbas Pənahov, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) aparıcı mütəxəssisi Zamiq Aslanov, təlimçi Sürayyə Səfərova çıxış etdilər. Tədbirdə tələbələri mina təhlükəsizliyi barədə məlumatlandırdılar.
BMA-dan 7 nəfər tələbə iştirak etdi: Elvin Mehtiyev, Səlimov Namiq, Məhəmməd Əliyev, Əliyar Məmmədov, Emil Quliyev, Adil Əmirov, İbrahim Kazımov.