2 aprel 2022-ci il
2 aprel 2022-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Sağlamlıq Universiteti çərçivəsində təşkil etdiyi növbəti Sağlam tələbə - sağlam ölkə! onlayn-seminarı keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri də seminarda iştirak etmişlər.
Onlayn-seminar zamanı İ.M.Seçenov adına BMDTU (Seçenov Universiteti) Bakı Filialının rektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, tibb elmləri doktoru, professor Əziz Əliyev və İ.M.Seçenov adına BMDTU-nın (Seçenov Universiteti) onkologiya kafedrası, həkim-onkoloq, tibb elmləri doktoru, professor İrina Vısotskaya tərəfindən tələbələr Onkoloji xəstəliklərin erkən diaqnostika, profilaktikası və uşaqlarda, yeniyetmələrdə süd vəzinin xəstəlikləri (rus dilində) mövzularda məlumatlandırıldılar.