• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 mart 2022-ci il        

     14 mart 2022-ci il tarixində Pakistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    Cənab səfir BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşmüşdür. 

    Görüş zamanı iki dost ölkə-Azərbaycan və Pakistan arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, ali musiqi təhsili ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edildi. Həmçinin, iki ölkənin tarixi inkişafı, etnik xüsusiyyətləri və  müxtəlif məsələlər ilə bağlı söhbətlər aparılmışdır. 

    Sonra cənab səfir bədii rəhbəri Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə, dirijoru BMA-nın müəllimi Taleh Qəmbərovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" orkestrinin ifasında "Mera Pagam Pakistan", "Sohni Dharti" əsərlərini dinlədilər. 

    Bunun ardınca Bakı Musiqi Akademiyasının Böyük zalında Xalq artisti, professor Yeganə Axundovanın, həmçinin "Fortepiano, orqan və klavesin" kafedrasının Əməkdar müəllimi, Əməkdar incəsənət xadimi, professor Rasimə Babayevanın ifası  qonaqlara təqdim edildi. 

    Pakistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşü xoş təəssüratlar, rektora təqdim edilmiş hədiyyə və birlikdə çəkilmiş xatirə şəkli ilə başa çatdı.