• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 mart 2022-ci il        

    03.04.2022-ci il tarində Şuşa istiqamətində hərbi maşının aşması nəticəsində həlak olan Əsgər Kazımov Vüsal Vüqar oğlunun ailə üzvlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Müdafiə Nazirliyi nümayəndələrinin və Nəsimi rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirildi.

    Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri də dərin hüzün və ehtiramla vida mərasimində iştirak etdilər.

    Əsgər Kazımov Vüsal Vüqar oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin məzunu olub.

    03.02.2022 –ci il tarixdə  Şuşa istiqamətində  hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunmuşdu. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kazımov Vüsal Vüqar oğlu İkinci Şəhidlər Xiyabanında dəfn olundu.

    Allah rəhmət etsin!