• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 fevral 2022-ci il        

    26 Fevral 2022-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Maestoso” tələbə klubu tərəfindən  online formatda  “Microsoft teams” programında “Qan yaddaşımız- Xocalı 30”  adlı anım tədbiri keçirildi. 

    Biz tarixini tanıyan və qan yaddaşını unutmayan Azərbaycan gəncləriyik. “Qan yaddaşımız- Xocalı 30” anım tədbirində Tarix-nəzəriyyə fakültəsinin 35 nəfərdən artıq tələbəsi iştirak edərək fəallığı ilə seçildi.  Musiqişünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Həmidə Hacıəliyeva    Fevralın 25-dən 26-na keçən gecə  Xocalıda yaşayan dinc əhaliyə qarşı törədilmiş ağılasığmaz cinayət hadisələrini tarixi faktlarla sadalayaraq, məruzəsini səsləndirdi.  Daha sonra, Musiqişünaslıq  ixtisası üzrə təhsil alan I kurs tələbəsi Hüseynova Aynur  Azərbaycan Mədəniyyət və İncəsənət sahəsində  Xocalı soyqırımına həsr olunmuş  kifayət qədər əsərlərin yarandığıdan, Azərbaycan bəstəkarlarının ən mükəmməl musiqi əsərlərində yaşadığından  bəhs açaraq məruzəsini davam etdirdi.  

    Tarix-nəzəriyyə fakültəsinin Musiqişünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nərmin Rəhimovanın səsləndirdiyi  “Xocalı” şerinin təsiri ilə dinləyicinin gözləri önündə  həmin gecənin faciəsi, ağrısı və kədəri  canlandı.

    Anım tədbiri Beynəlxalq və Respublika Müsabiqələr Laureatları, Sabah qrupunun III kurs tələbələri Cəmalə Abdinzadənin və  Əzizə Ağazadənin ifasında Samuel Barberin "Pas de deux" musiqi əsəri ilə sona çatdı.

    Xocalı soyqırımında şəhid olan dinc əhalinin və əsgərlərin əziz xatirəsini dərin  hüznlə, digər tərəfdən isə, qürur hissi ilə anırıq. 30 il sonra qisasını mərdliklə alan Azərbaycan əsgəri xalqına layiq olduğu qələbəni yaşatdı. Biz əminik ki, haqq və ədalət yerini tapdı. Beləliklə, Xocalı şəhidlərinin uğrunda mübarizə apardığı ideyalar azad və müstəqil Azərbaycan Respublikasında  əbədi yaşayqcaqdır...