• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 fevral 2022-ci il        

    23 fevral 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında  Qazaxıstan Milli İncəsənət Universitetinin "Musiqişünaslıq" ixtisası üzrə doktorantı Dana Turqunovna İbrahimin xarici elmi təcrübə çərçivəsində "Qazax musiqi mədəniyyətində rəqabətçilik ənənəsi" mövzusunda olduqca maraqlı məruzə-konserti keçirildi. 

    D.İbrahim qazax folklor musiqisini, alətlərini video görüntülərlə təqdim edərək,  "Aytıs" və "kyuy" janrları haqqında ətraflı məlumat verdi. Sonra milli alət olan dombrada qazax bəstəkarlarının əsərlərini ifa etdi. Aytıs orketrinin ifası dinləyicilərin xüsusi marağına səbəb oldu. 

    Qeyd edək ki, tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova, "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafesrasının müdiri, "Musiqi dünyası" jurnalının redaktoru, professor Tariyel Məmmədov, Elmi tədqiqat və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, "Musiqi tarixi" kafedrasının müdiri, professor Ülviyyə İmanova, Elmi katib, professor Leyla Məmmədova,  "Əlavə təhsil" şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, əməkdaşı  Firudin Əliyev, dosent Leyla Zöhrabova və BMA-nın tələbə heyəti iştirak edirdilər. 

    Təqdimatın sonunda Gülnaz Abdullazadə gənc doktoranta uğurlar arzu edərək, sertifikat təqdim etdi. Dana İbrahim  də öz növbəsində dinləyicilərə və BMA-nın bütün professor-müəllim heyətinə dərin təşəkkürünü bildirdi. 

    23 февраля 2022 года в Конференц-зале имени Г.Гараева Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли состоялся очень интересный доклад-концерт на тему «Состязательные традиции в казахской музыкальной культуре» докторанта Казахского национального университета искусств по специальности «Музыковедение» Даны Тургуновны Ибрагим. В своём выступлении, которое сопровождалось видеороликами, Д.Ибрагим рассказала о казахской народной музыке и дала подробную информацию о таких казахских народных жанрах, как «айтыс» и «кюй». Особый интерес у публики вызвало выступление оркестра Айтыс. Лекция завершилась произведениями казахских композиторов, которые были исполнены Даной Ибрагим на казахском народном инструменте домбре.

    Следует отметить, что на мероприятии присутствовали ректор БМА, Народный артист, профессор Фархад Бадалбейли, проректор по международным связям и социальным вопросам, профессор Егяна Ахундова, проректор по научной работе и творчеству, профессор Гюльназ Абдуллазаде, заведующий кафедрой «Азербайджанская традиционная музыка и современные технологии», главный редактор журнала «Musiqi dünyası», профессор Тариэль Мамедов, заведующая кафедрой «История музыки», профессор Ульвия Иманова, ученый секретарь, профессор Лейла Мамедова, заведующая отделом «Дополнительное образование», доцент Наргиз Гусейнова, сотрудник  Фирудин Алиев, доцент Лейла Зохрабова, а также студенты БМА.

    В завершение мероприятия Гюльназ Абдуллазаде вручила сертификат молодой докторантке и пожелала ей дальнейших успехов. Дана Ибрагим, в свою очередь, выразила глубокую благодарность аудитории и всему профессорско-преподавательскому составу БМА.