• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 yanvar 2022-ci il

    19 Yanvar 2022-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Maestoso” tələbə klubu tərəfindən  online formatda  “Microsoft teams” programında “20 Yanvar- Hüzn günümüz” adlı anım tədbiri keçirildi. 

    Tədbirdə Tarix-nəzəriyyə fakültəsinin Musiqişünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Həmidə Hacıəliyeva    20 Yanvar  günündə  azadlıq, istiqlaliyyət uğrunda küçələrə çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağılasığmaz cinayət hadisələrini tarixi faktlarla sadalayaraq, öz məruzəsini səsləndirdi.  Daha sonra, Musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil alan I kurs (Magistr) tələbəsi Gültən Hüseynli Azərbaycan Mədəniyyət və İncəsənət sahəsində  Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş  kifayət qədər əsərlərin yarandığından və  Azərbaycan bəstəkarlarının ən mükəmməl musiqi əsərlərində yaşadığından  bəhs edərək, məruzəsini davam etdirdi.

    Anım tədbiri Tarix-nəzəriyyə fakültəsinin Musiqişünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nərmin Rəhimovanın səsləndirdiyi  “Şəhidlər xiyabanı” şeri ilə sona çatdı.