15 dekabr 2021-ci il
15 dekabr 2021-ci il tarixində BMA-nın müəllimləri, Səbinə Bəylərbəyova, Nigar Kəngərli, Nurlan Əhmədov ADA Universitetində Azərbaycandakı Britaniya Şurasının dəvəti ilə təşkil olunan "Creative Spark" proqramı çərçivəsində müəssisələrdə təhsilin yeniləşdirilməsi və innovativləşməsi üzrə seminarda iştirak etmişlər.
Seminar çərçivəsində təlimçilər tərəfindən müxtəlif start-up lahiyələrinin yazılma qaydaları, fərqli sferalardakı karyera inkişaf metodları və özünü dərk məsələlərinə toxunulmuşdur.