19 dekabr 2021-ci il
“Maestoso” tələbə klubunun və ADA universitetinin birgə təşkilatçılığı ilə II Qarabağ müharibəsində şəhid olan məğrur qəhrəmanların xatirəsinə həsr olunmuş «Heroic Times» adlı layihə çərçivəsində anım tədbiri keçirildi.
19 Dekabr tarixində BMA-nın “Maestoso” tələbə klubunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsində şəhid olan məğrur qəhrəmanların xatirəsinə həsr olunmuş «Heroic Times» adlı layihə çərçivəsində anım tədbiri “ZOOM” platforması üzərində baş tutdu.
ADA tələbələrinin təşkil etdiyi bu anım tədbiri “Heroic Times” layihəsinin bir hissəsi kimi İkinci Qarabağ müharibəsində həlak olan qəhrəmanların şərəfli xatirəsinə həsr olunmuşdur.
Tədbir “Xudayar təsnifi” nin sədaları ilə başlandı. İlk olaraq, BMA-nın Tarix-Nəzəriyyə fakültəsinin Musiqi tarixi kafedrasının Baş müəllimi Minaxanım Babayeva qısa məruzə ilə çıxış edərək tədbiri açıq elan etdi. ADA universitetinin II kurs tələbələri Mahmudov Məhəmməd, Kayla Weekes, Nihad Teymurlu ingilis dilində səsləndirdiyi məruzələr ilə öz çıxışlarını təqdim etdi. Daha sonra, BMA-nın musiqişünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Məmmədli Mujgan, İbazadə Əsmər, Ağalarova Fəridə öz çıxışlarında 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanların igidliyindən və cəsarətindən böyük rəğbət hissi ilə müfəssəl şəkildə bəhs etdi, eyni zamanda ADA Univetsitetinin tələbələri tərəfindən həmin məruzələr ingilis dilində səsləndirildi.
Ölməz igidlərin xatirəsinə həsr olunmuş tədbir 2021-ci ildə Qarabağın göz bəbəyi olan Şuşada keçirilən “Xarı Bül-bül” festivalından lentə alınan video görüntü ilə, sona çatdı.
A commemorative event was organized by ADA University students and the Maestoso Student Club as part of the “Heroic Times” project dedicated to the memory of proud heroes killed in the Second Karabakh War.
On December 19, BMA's Maestoso Student Club and ADA University students jointly organized a memorial evening on the ZOOM. This memorial evening is the part of the "Heroic Times" project ,organised by ADA students, dedicated to the memory of proud heroes killed in the Second Karabakh War.
The event began with the sounds of "Khudayar Tasnif". First, Minakhanim Babayeva, Senior Lecturer of the Department of Music History, Faculty of History and Theory, BMA, made a short report and declared the event open. Then Second-year students of ADA University Mahmudov Mahammad, Kayla Weekes, Nihad Teymurlu presented their speeches in English. Then, Mammadli Mujgan, Ibazadeh Asmar, Agalarova Farida, 3rd year students of BMA majoring in musicology, spoke in detail about the courage and bravery of the heroes of the 44-day Patriotic War. The reports were delivered in English by ADA students: Mahammad Mahmudov, Nihad Teymurlu and Kayla Weekes.
The event dedicated to the memory of immortal heroes ended with a video from the "Khari Bul-Bul" festival held in Shusha, the capital of Karabakh in 2021.