• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 dekabr 2021-ci il

    “Maestoso” klubunun–“Tarix yaradan Ümummilli lider – Heydər Əliyev” mövzusunda anım tədbiri keçirilib.

    12 dekabr tarixində BMA-nın “Maestoso” tələbə klubunun  “Tarix yaradan Ümummilli lider – Heydər Əliyev”  mövzusunda “MC teams” platforması üzərində anım tədbiri baş tutub.

    İlk olaraq,  BMA-nın Tarix-Nəzəriyyə fakültəsinin tyutoru Mənsurə Quliyeva qısa məruzə ilə çıxış edərək tədbiri açıq elan edib. Daha sonra Tarix-nəzəriyyə fakültəsinin tələbələri - musiqişünas Əsmər İbazadə, Fidan Əliyeva tarixi məruzələrlə öz çıxışlarını təqdim ediblər. BMA-nın musiqişünaslıq ixtisası üzrə təhsil alan I kurs tələbəsi Fidan Vəliyeva öz çıxışında H. Əliyevin mədəniyyətimizə, musiqi xadimlərinə göstərdiyi qayğı, mənəvi dayaq və böyük rəğbət hisslərindən müfəssəl şəkildə bəhs edib.

    H. Əliyevə həsr olunmuş tədbir Respublika və Beynəlxalq müsabiqələr laueatları “Sabah” qrupunun III kurs tələbələri Abdinzadə Cəmilə və Ağazadə Əzizənin ifasında Samuel Barberin “Pas de deux” əsəri ilə sona çatıb.