2 dekabr 2021-ci il
2 dekabr 2021-ci il tarixində ADA Universitetində baş tutmuş U.N.A.O.C; İ.C.E.S.C.O və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Mədəniyyət naminə sülh" Qlobal kampaniyasının tərəfdaşları forumu keçirilmişdir.
Açılış mərasimində dəvət olunmuş şəxslərdən Azərbaycan Respublikası Prezident administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov, Azərbaycan Respublikası Milli Məclisindən Soltan Məmmədov, Qənirə Paşayeva və başqa dövlət qurumları və şəxslər iştirak etmişdir. Xarici dövlətlərdən B.Ə.Ə, Türkiyə, Meksika, Fransa və bir sıra ölkələrin nümayəndə heyəti də nitq söyləmişlər. Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Xalq artisti, professor Yegane Axundova iştirak etmişdir. Forumun ll sessiyyasına Bakı Musiqi Akademiyasınin müəllimləri (Kəmalə Ələsgərli, Leyla Zöhrabova, Minaxanım Babayeva, Günel Eyvazzadə və Xarici tələbələrlə iş üzrə şöbə müdiri Hüseynova Röya) və tələbələri qatılmışlar.
Tələbələrdən isə Fidan Əliyarzadə, Amaliya Ağayeva, Əsmər İbazadə, Kənan Xəlilzadə və Nihat Ağayev iştirak etmişdir.