27 noyabr 2021-ci il
27 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi, Bakı Sağlamlıq Mərkəzi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Sağlamlıq Universiteti çərçivəsində Ümumdünya Diabet Gününə həsr edilmiş növbəti onlayn seminar keçirildi.
Seminarda Tibb üzrə fəlsəfə doktoru, Bakı Sağlamlıq Mərkəzinin həkim-endokrinoloqu Nərgiz Əliyeva "İnsulin rezintentlik və Şəkərli diabet", Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin endokrinologiya kafedrasının assistenti, həkim endokrinoloq və dietoloq Marina Aronovna "Rasional qidalanma və sağlam həyat tərzi" mövzularında tələbələrə maarifləndirici məlumatlar vermişlər.