24 noyabr 2021-ci il
5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasında keçirilən VII Qurultayının qərarlarına əsasən edilən dəyişikliklərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Yeni Azərbaycan Partiyasının sədr və müavin seçkiləri keçirildi.
Seçkilərdə gündəlikdə duran məsələ, yeni dəyişilmiş qərarları haqda Partiya üzvlərini məlumatlandırmaq və 2018-2021-ci il ərzində Bakı Musiqi Akademiyasının Yeni Azərbaycan Partiyasının hesabatı idi. İclasda yeni qərarlar haqqında məlumatlandırmaq üçün Nəsimi rayonu Yeni Azərbaycan Partiyasının nümayəndəsi, baş məsləhətçi İlahə Əliyeva çıxış etdi və sonra Bakı Musiqi Akademiyasının Yeni Azərbaycan Partiyasının sədri Fidan Hüseynova 2018-2021- ci illərdə görülən işlərin hesabatı üçün video çarx təqdim etdi. Video çarx izləndikdən sonra iclasın aparılması üçün söz Tədris İşləri üzrə prorektor Nərminə Quliyevaya verildi. O, çıxışında qeyd etdi ki, BMA-da fəaliyyət göstərən YAP-nın təşkilatı çox böyük tədbirlər həyata keçirmişdir. Nərminə xanım görülən tədbirlər haqqında yüksək fikirlərdə olduğunu bildirib və Fidan Hüseynovanı sədr, Gültəkin Qasımlını isə müavin vəzifəsində yenidən təyin olunmasını təklif etmişdir. BMA-nın Elmi İşlər üzrə prorektoru Gülnaz Abdullazadəyə söz verildi. O, çıxışında bildirdi ki, Fidan Hüseynovanın gördüyü tədbirlərdən razı qaldığını və Nərminə xanımın təklifi ilə razı olduğunu bildirdi. Sonra isə Sosial Məsələlər ictimaiyyətlə əlaqələr və Beynəlxalq əlaqələr üzrə prorektor Yeganə Axundova da çıxışında bildirdi ki, BMA-nın YAP-nın fəaliyyətinin uğurlu olduğunu bildirərək, Fidan Hüseynovanı və Gültəkin Qasımlını yenidən sədr və müavin kimi seçilməsinə razı olduğunu qeyd etdi. Seçkidə dekanlar, professorlar BMA-nın nümayəndələri və mühasibat müdiri Gülxar Məmmədova, Gülzar Mahmudova, Nəzmiyyə Abbaszadə, Elnarə Məmmədova öz çıxışlarında YAP-ın fəaliyyətindən razı qaldıqlarını seçimdə təqdim olunan namizədləri yekdilliklə dəstəklədiklərini bildirdilər.
Seçki keçirildi və nəticəsi: Sədr Fidan Hüseynova, müavin isə Gültəkin Qasımlı təsdiq edildi.
Təsdiqləndikdən sonra Fidan Hüseynova çıxış edərək, ona göstərilən güvən və etimada görə, BMA-nın idarə heyyəti və professor heyyətinə seçkidə iştirak edən hərkəsə dərin təşəkkürünü bildirdi.