• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 noyabr 2021-ci il

    24 noyabr 2021 ildə Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən  BMA-nın bir sıra professor-müəllim heyətinin üzvleri döş nişanları ilə və fəxri fərmanlarla təltif edilmişlər.

    İttifaq üzvlərinə hədiyyələr və mükafatlar da verilmişdir.

    Həmçinin BMA-nın  iki tələbəsinə adlı təqaüd təqdim olundu. Tədbirdə BMA-nın Tədris İşləri üzrə prorektoru, professor  Nərminə Quliyeva, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və BMA-nın Həmkarlar təşkilatının rəhbər işçiləri iştirak etmişdirlər.